Ayaz Babayev bir müddət efirə çıxmayacaq

Müğənni Ayaz Babayev bir müddət efirə çıxmayacaq. SİA xəbər verir ki, bu barədə gənc ifaçı “İnstaqram”da paylaşım edib. “Hazırda mahnı və albom üzərində çalışıram.Təəssüf ki, sentyabra qədər heç bir yerdə çıxış edə bilməyəcəyəm. Bu sahədə sevdiyim çox insan var və mən onlara “yox” deyə bilmirəm. Amma bu dəfə qərar çalışdığım şirkət adındandır”.

O bildirib ki, imzaladığı müqaviləyə əsasən, maqazin və radio istisna olmaqla, heç bir verilişdə iştirak edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə