Türkiyəli müğənni Hadisə “Feryat” adlı yeni mahnısı və ona çəkdirdiyi klipini təqdim edib. SİA xəbər verir ki, o bu barədə instaqramda bildirib.
“Dəfələrlə inandım, dəfələrlə yanıldım... Ölmək istədim, ölsün istədim. Ürəyimi yerindən qoparıb atmaq istədim. Hər dəfə uğursuzluqdan yorulub bağırmaq, fəryad etmək istədim...Dinlədiyim anda bu mahnının, ilk növbədə, mənim və səssiz bağırtısı olan hər kəsin səsli fəryadı olsun istədim...”, - müğənni yazıb.
Türkiyə KİV və müğənninin fanatlarının iddialarına görə, Hadisə mahnını 5 aya yaxın evli olduğu iş adamı Mehmet Dinçerlerə həsr edib.
Qeyd edək ki, mahnının sözləri Sheyh Ree ləqəbli azərbaycanlı müğənni Şəhriyar Ramazanzadəyə, musiqisi isə Teksin Akbala məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB