Bu gün doğum günüm olsa da, vətənimin 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürək ağrısı ilə oxuyurdum. 3 şəhidimiz var. Allahdan onlara rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad deyil. Bu gün mən, əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu, vətən keşiyində dayanan mərd oğulların, igid əsgərlərin sayəsindədir. SİA xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial mediada yazıb. Ulduz bildirib ki, doğum gününü keçirməyəcək:
"Düşmənlə üzbəüz dayanan hər bir hərbçimizin evlərinə sağ- salamat dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB