Müğənni Alla Puqaçovanın nəvəsi, musiqiçi Nikita Presnyakov ABŞ vətəndaşlığının alınması ilə bağlı sualı cavablandırıb.

O, mətbuatda yayılan məlumatları təkzib edərərk, “Amerika vətəndaşlığını aldığım doğru deyil. Rusiyaya qayıtmaq istəyirəm” – deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda musiqiçinin ABŞ-a köçməsi barədə məlumatlar yayılmışdı.

Belə ki, onun ata tərəfdən nənəsi Yelena Presnyakova “MK.RU”-ya nəvəsinin Amerika vətəndaşlığının olduğunu bildirmişdi.

Məlumdur ki, Presnyakov həyat yoldaşı Alena Krasnova ilə Yeni ili Kaliforniyanın Beverli Hills şəhərində qarşılayıblar. Bundan əlavə, Presnyakov Moskva yaxınlığındakı İstrada nənəsi Alla Puqaçovanın ona hədiyyə etdiyi daçanı satışa çıxarıb.

KİV-in məlumatına görə, malikanənin dəyəri 225 milyon rubl qiymətləndirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə