“Estetik əməliyyata qarşı deyiləm”

Ötən gün obyektivlərə tuş gələn aktrisa Sinem Ünsal jurnalistlərlə söhbət edib. Həmkarı Halit Özgür Sarı ilə münasibətini bitirən Ünsal dostluqlarının davam etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Fransa Milli Assambleyasının qəbul etdiyi “məşhur simaların paylaşımlarında effektdən istifadə etdikləri təqdirdə, bunu bildirməlidir” sosial media qanununu şərh edib: “Əlbəttə, effektli şəkilləri paylaşıram. Çox əyləncəlidir. Ekranlarda effektsiz halımız çox görülüb. Bizim çəkinəcəyimiz heç nə yoxdur. Hər kəs istədiyi kimi paylaşm edə bilər. Mən nəyinsə qadağan olunmasının əleyhinəyəm. Effektli və ya effektsiz şəxsin qərar verəcəyi bir məsələdir. O zaman estetika da qadağan edilməlidir. Bu mümkündürmü? Mən heç nəyin diktator tərəfindən qadağan edilməsinin tərəfdarı deyiləm”.

Bütün xəbərlər Facebook səhifəmizdə