Bu il Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edəcək Turan və Tural Bağmanov qardaşları Türkiyəyə səfər ediblər. SİA xəbər verir ki, bununla bağlı əkizlər sosial şəbəkədə paylaşım ediblər. İstanbulda açıq havada sevənləri ilə də görüşən Bağmanovlar mahnılar oxuyublar.
Onlar paylaşıma "Musiqinin insanları bir araya gətirmə üsulu var və İstanbul küçələri də istisna deyildi. Bu inanılmaz anı bizimlə paylaşdığınız üçün təşəkkür edirik" sözlərini yazıblar.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan "Tell me more" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB