Türkiyəli aktrisa yenidən açıqlamaları ilə gündəmə gəldi

Türkiyəli aktrisa Merve Boluğur yenidən açıqlamaları ilə gündəmə gəlib. SİA xəbər verir ki, aktrisa yenidən ailə qurmaq istədiyinə işarə edib. O, bu barədə sosial media hesabında yazıb.

Merve "Üçüncü dəfə evlənəcəksiniz?" sualına "Övladıma ata ola biləcək, onu sahiblənəcək birindən uşağım olsun istəyirəm. Övladımın psixologiyası üçün evlilik düşünə bilərəm" deyə, bildirib.

Qeyd edək ki, Merve 2015-ci ildə ailə qurduğu müğənni Murat Dalkılıçla evliliyini 2 il sonra sonlandırıb. O ötən il aranjimançı Mərd Aydınla isə 40 gün evli qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə