Türkiyəli müğənni həbs oluna bilər - FOTO

Türkiyəli müğənni Çingiz Kurtoğlu 3 il həbs oluna bilər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğum günündə iş adamı Mustafa Can Çingiz Kurtoğlunun sənətçi dostlarını aşağılayan sözlər istifadə edib. Şahidlərin sözlərinə görə, bundan əsəbiləşən müğənni iş adamına masadan qalxıb getməsini tələb edib və əli ilə onu itələyib.

İddianamədə şübhəli Çingiz Kurtoğlunun "sadə xəsarət" maddəsi ilə 4 aydan 1 ilə, "təhqir" maddəsi ilə 3 aydan 2 ilədək olmaqla, ümumilikdə 7 aydan 3 ilədək həbs cəzası istənilib. Şahidlərin ifadələri dinləndikdən sonra hakim vəkilin hazırlanması üçün vaxt verib və məhkəmə gününü başqa tarixə ertələyib.

Qeyd edək ki, münaqişənin səbəbi M.Canın İbrahim Tatlısəs, Ümit Bese və Orhan Gəncəbayı təhqir etməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə