Üzeyir Mehdizadə "YouTube"da 1 milyard izlənməni keçdi - VİDEO

Azərbaycanlı məşhur müğənni Üzeyir Mehdizadənin Yutub platformasıda ümumi baxış sayı 1 milyardı ötüb. SİA xəbər verir ki, müğənninin 2 milyondan çox abunəçisi olan yutub kanalında ümumilikdə 311 video yer alıb.

Ü.Mehdizadə Yutubda 1 milyard izlənməni keçən ilk azərbaycanlı müğənnidir.

İfaçının yutub kanalında 2 həftə əvvəl yerləşdirilən “Unut məni” mahnısı 1.1 milyon, 3 gün əvvəl paylaşılan “Yorma məni” adlı klipi isə 350 mindən çox baxış toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə