Türk müğənni zəlzələ qurbanları ilə iftar etdi

Türk müğənni Sinan Akçıl Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində zəlzələ bölgələrindəki çadır şəhərciklərə baş çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nurdağı, İslahiyə, Kırıkhan və İskəndərundakı çadır şəhərciklərini ziyarət edən Sinan Akçıl zəlzələdən zərərçəkənlərlə görüşüb.
Akçıl özü ilə gətirdiyi oyuncaqları zərərçəkmiş uşaqlara paylayıb. İftar süfrəsini zəlzələ qurbanlarının ailələri ilə açan Sinan Akçıl, "Nazirimiz Mehmet Kasapoğlu ilə danışdıq və vətəndaşlarımıza bu şəkildə ruh yüksəkliyi vermək istədik. Bütün şəhər və kəndlərə gedəcəyik. Zəlzələdən zərərçəkənlərə onların yanında olduğumuzu göstərəcəyik. Biz təkcə gəlib şəkil çəkdirib şou göstərməyəcəyik, həqiqətən də yaraları sağaldacağıq" deyib.

Müğənni zəlzələdən zərər çəkənlərə ərzaq çatdırılması işində də yaxından iştirak edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə