36 yaşlı ispaniyalı futbolçu Jerar Pikedən ayrılan 46 yaşlı kolumbiyalı müğənni Şakira oğulları ilə İspaniyadan köçüb. SİA xəbər verir ki, ifaçı bu barədə instaqram səhifəsində bildirib.
Şakira hara köçdüklərini açıqlamayıb.
Qərb KİV-in məlumatına görə, onlar Mayamiyə köçəcək. Belə ki, Şakiranın yeni sevgilisi orada yaşayır.
Şakira, həmçinin qeyd edib ki, xoşbəxtlik axtarışında yeni səhifəyə başlayır: “Barselonada, dostluğun sevgidən çox davam etdiyini bildiyim şəhərdə mənimlə olan hər kəsə minnətdaram. Mənə dəstək olan, göz yaşlarımı silən, ilhamlandıran və böyüməyə kömək edən hər kəsə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB