"Uşağa baxmaq çətin deyil" - Fahriye Evcen

Məşhur aktrisa Fahriye Evcen hesab edir ki, uşağa baxmaq çətin deyil. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa ötən gün həyat yoldaşı Burak Özçivitlə birlikdə iftar üçün restorana gedərkən Etilerdə görüntülənib. Jurnalistlərin suallarına cavab verən məşhur bildirib ki, karyerasına fasilə vermək niyyətində deyil:

"Körpəmiz 2 aylıqdır. Yavaş-yavaş layihələri dəyərləndirməyə başlayacağam. Amma indi diqqətimi övladlarıma yönəldirəm. Mənə görə, uşaqlara baxmaq asandır. Deyə bilərəm ki, hər ikisi eyni dərəcədə yorur”.

Bütün xəbərlər Facebook səhifəmizdə