“Oskar”a layiq görülmüş bəstəkar vəfat etdi

Yapon bəstəkarı Ryuiti Sakamoto 71 yaşında xərçəng xəstəliyindən vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hələ 2022-ci ilin iyununda mətbuatda bəstəkara qorxunc diaqnoz qoyulduğu barədə xəbərlər yayılmışdı. Xərçəng hər iki ağciyərə metastaz vermişdi.

Sakamoto 1980-ci illərdə Bernardo Bertoluççinin “Sonuncu imperator” filminin bəstəkarı kimi şöhrət qazanıb. 1988-ci ildə Sakamoto bu ekran əsərinə görə Ən Yaxşı Orijinal Saundtrek nominasiyasında “Oskar” qazanan ilk yaponiyalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə