Serdar Ortaçın Bakı konsertində romantik anlar - FOTOLAR

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç Bakıda konsert verib. SİA xəbər verir ki, sənətçinin Bakı Konqres Mərkəzində baş tutan konsertində maraqlı anlar yaşanıb.

İfaçı konsert proqramında "Bilsem ki" mahnısını ifa edərkən səhnəyə rəqs etməyə cütlük dəvət edib.

Bir il münasibətdə olan bəy rəqsdən sonra nişan üzüyünü və gülü sevgilisinə təqdim edərək ona evlilik təklif edib. Xanım evlilik təklifinə "Hə" cavabı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə