Türk müğənni zəlzələdən zərərçəkmiş uşaqlarla səhnəyə çıxıb

Episentri Kahramanmaraş olan və zəlzələdən zərər çəkən vilayətlər arasında yer alan Malatyaya gələn nümayəndə heyəti zəlzələ qurbanları ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rabitə Rəyasət Heyətinin təşkil etdiyi proqram çərçivəsində səs sənətçiləri, milli idmançılar və modelyerlərdən ibarət nümayəndə heyəti çadır və konteyner şəhərlərini gəzərək uşaqlara hədiyyələr verib.

Daha sonra nümayəndə heyəti buradakı konfrans zalında uşaqlar üçün ilahi və mistisizm konserti verib.

Tədbirə qatılan sənətçi Mahmut Tuncər uşaqlarla birlikdə səhnəyə çıxaraq mahnılar oxuyub.

Müxtəlif tədbirlərin təşkil olunduğu proqramda uşaqlara oyuncaqlar paylanıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə