Tanınmış aktyor Tamer Qaradağlının ev sahibi ilə problemləri olduğu və bu vəziyyətə görə məhkəməyə verildiyi ortaya çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tamer Qaradağlı lüks bir kompleksdə yaşayırdı. İddiaya görə, Karadağlının evdən çıxarılması istənilib və İstanbul Ədliyyəsində iddia qaldırılıb. Vəkil Yasəmən Qumbaracıbaşı məşhur aktyor barəsində kirayə haqqını yarımçıq ödədiyi iddiası ilə icra işi başladıb.

Ev sahibi tərəfindən Tamer Qaradağlının 10 min 500 TL-lik kirayə haqqı ödədiyi bildirilib ki, bu da indiki dəyərin çox altındadır. Məşhur aktyor evi boşaldana qədər ondan 55 min lirə istənilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə