Məşhur aktyorun modelyeri həyat yoldaşıdır

Türkiyənin məşhur aktyoru Burak Özçivit Nişantaşında mağaza açılışına qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Özçivit, "Çox qəşəng geyinirsiz. Modelyerlə işləyirsiz?“ sualına üzü olduğu brendlə daim əlaqədə olduğunu və istiqamətdə həyat yoldaşı aktrisa Fahriye Evcenin də ona çox kömək etdiyini bildirib: “Evdən çıxanda geyimlərimi həyat yoldaşımla birlikdə hazırlayırıq".

Aktyor ona uyğun olan geyimi seçdiklərini və müsbət mənada bir-birilərini dəstəklədiklərini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə