Davud Güloğlu deputatlığa namizədliyini irəli sürüb

Türkiyəli məşhur müğənni Davud Güloğlu millət vəkili olmaq üçün namizədliyini irəli sürüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni siyasətə qatılmaq istəyini özü açıqlayıb.

Qeyd edək ki, bu il bir çox sənət nümayəndələri millət vəkili olmaq üçün müraciət ediblər. Türkiyənin məşhur “Kurtlar vadisi” serialının aktyoru Kərəm Fırtına da bu sırada yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə