92 yaşlı Klint İstvud son filmini çəkir?

...Amerikalı kinorejissor və aktyor 92 yaşlı Klint İstvud, özü deyəni son filminin çəkilişinə başlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı “Discussing Film” portalı yayıb.

Deyilənlərə görə, filmin işçi adı “2 nömrəli münsiflər heyəti”dir. Belə ki, rejissor filmdə bir qətl məhkəməsinin hekayəsini reallaşdırmaq istəyir.

Baş qəhrəman bir vaxtlar ölümün günahkarına çevrilən və indi düzgün seçim etməli olan münsiflərdən biri olacaq.

Film, İstvudun 50 ildən çox işlədiyi “Warner Bros” tərəfindən buraxılacaq. Lakin çəkilişlərin başlama tarixi və aktyorların tərkibi hələlik məlum deyil.

İstvudun gənc Hollivud ulduzlarından birini baş rola dəvət edəcəyi ilə bağlı fikirlər var.

Xatırladaq ki, bu film Klint İstvud üçün yubiley filmi olacaq. Belə ki, həyatında dörd “Oskar” almış İstvudun rejissorluq karyerasında qırxıncı filmi olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə