Şakira qaynanası ilə əlbəyaxa dava etdi

Kolumbiyalı pop ulduzu Şakiranın keçmiş sevgilisi Jerar Pikenin anası ilə əlbəyaxa dava etdiyi məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərə görə, Şakiraya xəyanət edən Pike vəziyyəti anası Montserrat Bernabeuya danışıb. Bernabeu da oğluna xəyanətini gizlətməyə kömək edib.

Övladlarını qayınanasına əmanət edən Şakira bundan xəbər tutanda bu vəziyyətlə üzləşmək istəyib. Bu görüş mübahisəyə çevrilib və Bernabeu Pike və uşaqlarının gözü qarşısında Şakiraya hücum edib. Şakira isə artıq uşaqlarına nənələrini görməyə icazə vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə