Reper Ciqanın şəxsi yazışmaları internetə sızdırıldı

Rusiyalı Reper Ciqanın şəxsi yazışmaları internetə sızdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin onun adamı “People Talk Telegram” kanalı ilə söhbətində yazışmaları təkzib edib: “Ciqan indi aktiv şəkildə albom yazır, studiyada günlərini keçirir. Ailəsini çox sevir. Ekran görüntüləri açıq-aydın dezinformasiya və fotoşopdur”.

Dərc olunmuş skrinşotlarda reperin “İnstaqram” istifadəçilərindən biri ilə necə ünsiyyət qurduğu əks olunub. Onlar biznes, idman və bir-birlərinin həyatındakı son hadisələri müzakirə edirlər. Şəkillərdən birində Ciqanın həmsöhbətini birgə qaçışa necə dəvət etdiyini də görə bilərsiniz.

Daha əvvəl reperin həyat yoldaşı Oksana Samoylova əri ilə yaşamadığını təsdiqləyib. Reperin Oksananın səhifəsində birgə kadrlarda görünməməyi ayrılıq şayiələrinin yayılmasına səbəb olub. Blogger vəziyyəti heç bir şəkildə şərh etməyib, ancaq qızının atası ilə mübahisəsində anasına dəstək verdiyi mesajları paylaşıb.

Bundan sonra Ciqan açıqlama verərək bildirib ki, yeni albom yazdırmaq üçün bir müddət ailəsindən uzaqlaşıb. Reper söyləyib ki, hazırda köhnə evində yaşayır.

Cütlüyün dörd övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə