Onu sosial şəbəkədə 30 milyon istifadəçi izləyir

Son zamanlar eşq həyatı ilə gündəmdən düşməyən türk aktrisa Hande Erçelin “İnstaqram” izləyicisi artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Handeni sözügedən sosial şəbəkə platformasında 30 milyon istifadəçi izləyir.

Bu, türk məşhurlar sırasında ən yüksək göstəricilərdən biridir. Bundan əlavə, Handenin paylaşımları azı 2 milyon şəxs tərəfindən bəyənilir, 20-30 min şərh yazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə