Hacı Nuran Pərvanəni alası olmadı

Xəbər verdiyimiz kimi, aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov həmkarı Pərvanə Tahirqızına elçi çıxıb. SİA xəbər verir ki, sözügedən xoş hadisədən sonra Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bu elçiliyin baş tutmadığını açıqlayıb.

"Bu Hacı Nuranın (aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov - red.) elçilik təklifindən sonra Pərvanə özündə, halında deyil. Bu nə məsələdir? Hacı Nuran yaxşı oğlandır. O, Pərvanə üçün sinəsini verdi qabağa, sonra isə geri çəkirdi. Elə sevindim ki... Sanki bütün dünyanı mənə verdilər. Amma alınmadı. Sən də bir qızsan, ailə qurub, ana olmalısan. Bu sənin haqqındır. Həmkar kimi çox sevinmişdim", - deyə Elgiz vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə