Seda Sayan əməliyyat olunub - FOTOLAR

Məşhur aparıcı və müğənni Seda Sayan əməliyyat olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə eşitmə qabiliyyətini itirən sənətçinin hər iki qulağına cihaz qoyulub.

Qeyd olunub ki, onun televiziya verilişlərində mütəmadi olaraq qulaqcıq taxması problem yaradıb. O, eşitmə qabiliyyətini itirməyə başlayıb və bu səbəbdən əməliyyat keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə