"VİA Qra" qrupunun keçmiş solisti Vera Brejneva obrazında radikal dəyişiklik etmək qərarına gəlib. SİA xəbər verir ki, yeni mahnı yazdırıb klip çəkdirən məşhur görüntülərini sosial mediada paylaşıb.

41 yaşlı müğənni imicini kökündən dəyişərək qaraşın olub. O, kamera qarşısına qısa saçda və makiyajsız keçib. Kardinal dəyişikliklər təkcə görünüşə təsir göstərməyib. İndi müğənni "Vera Brejneva" adı ilə deyil, sadəcə olaraq "Vera" adı ilə çıxış edir.

Məlumat üçün bildirək ki, Ukraynaya qarşı hərbi əməliyyatlar başlayandan sonra müğənni Rusiyanı həmişəlik tərk edib. Keçən il dekabrın 7-də Vera uzun müddətdən sonra ilk dəfə səhnəyə çıxıb və Riqada kiçik konsert verib.

Bütün xəbərlər Facebook səhifəmizdə