İnfluenserin ayaqqabısı oğurlanıb

İnfluenser Nagehan Abdullayevanın ayaqqabısı oğurlanıb. SİA xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

"İlk dəfədir belə bir şey yaşayıram. Şokdayam. 10 dəqiqəlik evə girdim, çıxacaqdım. Ayaqqabımı çöldə qoydum ki, tez çıxacam. Təkrar qapını açanda ayaqqabım yox idi. Bizdə kartı olmayan yuxarı çıxa bilmir. Bunu bildiyiniz qonşulardan biri edib, başqa cür ola bilməz. Əgər ayaqqabımı oğurlayan məni izləyirsə, Ramazanın birinci günü necə özünə bunu edə bilərsən?

Üstəlik ayaqqabım orijinal idi. Ən sevdiyim ayaqqabım idi. Şokdayam, o qədər pis oldum ki… Niyə axı? Nədən? Ehtiyacım var desəydin, mən sənə alardım. Bizdə sadəcə liftdə kamera var. Kameralara baxıldı, amma təbii ki, bunu edən şəxsin liftə minəcək halı yoxdur. Sabah ilk işim kamera qoydurmaq olacaq. Elə yerə qoyacam ki, anlamayacaqsınız. Çünki bunu bir dəfə edən yenə edər", - Nagehan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə