Bu dəfə İosif Priqojin rusiyalı bəzi bloqçuları vicdansız adlandırıb. Çünki onlar Priqojinin cəhənnəm əzabı ilə əldə etdiyi firavanlığına qibtə edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, Priqojin gileyli şəkildə ömrü boyu it kimi işlədiyini, artıq bu işlərə arvadı Leranı da qatdığına and içir.
Qeyd edək ki, Priqojinin Lera adlandırdığı arvadı, Rusiyanın məşhur müğənnilərindən biri olan Valeriyadır.
Beləliklə, Priqojin savadsız bloqerləri peşələrini dəyişməyə çağırır.
Yeri gəlmişkən, Priqojinin qəzəbinə gələnlərdən biri 300 milyon rubldan çox vergidən yayınma, gizlətmə və çirkli pulların yuyulması ittihamları ilə istintaq altında olan bloqer Lerçekdir.
Priqojin Lerçek kimi bloqerin fəaliyyətini “boşluq” və “fırıldaq” adlandırıb. Onun fikrincə, bu bloqerlər məşq etməli və peşəkar bloqerləri gözdən salmamalıdırlar.
Xatırladaq ki, teleaparıcı Dana Borisova da əvvəllər oxşar fikirlər səsləndirmişdi. Amma o, qəzəbini bloger Oksana Samoilovaya yönəltmişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə