Türkiyənin Kahramanmaraş bölgəsində baş verən iki böyük zəlzələnin yaralarını sarımağa çalışan Türkiyə zəlzələ qurbanları üçün bir ürək oldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl də dəfələrlə zəlzələ qurbanları üçün ianə çağırışı edən, Türkiyə, Hollandiya, həm də Belçikada yardım işlərində iştirak edən Hadisə, faciənin 40-cı günündə sosial media hesabından duyğulu paylaşım edərək, kədərini dilə gətirib.
Məşhur müğənni ağ-qara fonda olan rəsmini izləyiciləri bölüşərək “zəlzələdən 40 gün keçdi... Bu şəkli fevralın 24-də çəkmişəm. Yuxusuz bir gecədə “ana yata bilmirəm” deyib, anama göndərmişdim. O zaman “nə xoşbəxtəm ki, anam sağdır və ona mesajım çatır, mən nə qədər şanslıyam” deyə düşünürdüm. Bu zəlzələdə nə qədər ana övladını itirdi, ya da uşaq anasını itirdi.
Bəli, həyat davam edir, amma bu fəlakəti unutmaq olmaz” sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB