Aslı Enver yayılan xəbərləri yalanladı

Ötən ilin sonu biznesmen Berkin Gökbudakla ailə quran türk aktrisa Aslı Enver qısa zaman öncə hamilə olduğunu açıqlamışdı.

SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin övladını Londonda dünyaya gətirəcəyini bildirilmişdi. Ötən gün kameralara tuş gələn Aslı bu barədə açıqlama verib.

O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, o, övladını Türkiyədə dünyaya gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə