Rusiyanın əməkdar artisti, müğənni Aleksandr Rozenbaum xəstəxanaya yerləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, musiqiçi Krasnoyarskda verdiyi konsertdən sonra ayağındakı ağrılardan şikayətlənib.
Müayinə zamanı müğənninin damarlarında qan laxtalanması aşkar edilib və həkimlər onu təcili əməliyyat masasına yatırdıblar.
Əməliyyatın uğurla keçdiyi və 71 yaşlı müğənninin indi həkimlərin nəzarəti altında olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB