Məşhur aktrisa bu dəfə milyarderin oğlunu seçdi

Türkiyənin məşhur aktrisası Hande Erçel Sabancı ailəsinin kiçik oğlu, iş adamı Hakan Sabancı ilə sevgili olduğunu etiraf edib. SİA xəbər ki, Paris tətilindən birgə qayıdan cütlük hava limanında görüntülənib. Kameraları görən məşhur aktrisa özünü itirmədən jurnalistlərin suallarını cavablandırıb.

“Hər şey çox yaxşıdır. Biz tətildən qayıdırıq”, - aktrisa bildirib. Hakan isə jurnalistlərin "Münasibətiniz ciddidir" sualını təsdiqləyib.

Xatırladaq ki, Hande Erçel bundan əvvəl həmkarı Kerem Bursinlə sevgili idi. Məlumat üçün bildirək ki, Sabancı ailəsi Türkiyənin ən zəngin ailələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə