Boşandıqdan sonra da görüşməyə davam edirlər

Məşhur rus ifaçı Qriqori Leps NTV-də yayımlanan “İnanmayacaqsan!” verilişinin efirində boşandıqdan sonra keçmiş həyat yoldaşı Anna Şaplıkova ilə görüşməyə davam etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi “Hər gün həyat yoldaşım və uşaqlarımla görüşürük. Mən hələ də onları ailəm hesab edirəm”, - deyə, bildirib.

Leps Şaplıkovadan boşanmağı özünün əsas səhvlərindən biri hesab edir. Müğənni ayrıldıqdan sonra ünsiyyət qurmaq imkanı yaratdığı üçün keçmiş sevgilisinə minnətdardır.

Xatırladaq ki, cütlük 2021-ci ildə 20 illik evliliklərini sonlandırıblar. Onların bu izdivacdan iki qızı və bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə