Madonnanın böyük qardaşı Entoni Cikkone 66 yaşında vəfat edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Madonnanın bacısının əri, musiqiçi Coo Henri məlumat verib.
“Qardaşım Entoni Cerard Cikkone dünən gecə vəfat etdi. Mən onu 15 yaşımdan, Miçiqanda həyatımızın baharından bəri tanıyıram, o vaxtdan artıq çox illər keç”-deyə ibdeyə Henri bildirib.
Henrinin dediyinə görə, Madonnanın qardaşı çətin xarakterə malik idi və tez-tez sevdikləri ilə mübahisə edirdi, lakin onlar onu sevirdilər.
Qeyd edək ki, Henri deməsə də, deyilənlərə görə, Entoni alkoqolizmdən əziyyət çəkirmiş. O, özünü idarə edə bilməyənə qədər içirmiş. Məhz alkoqolla bağlı problemlərinə görə yaxınları onu evdən qovubmuçlar.
Entoni yeddi il evsiz qalıb və Miçiqanda körpünün altında yaşayıb.
2017-ci ildə Madonna onu klinikaya getməyə və alkoqol asılılığından müalicə almağa razı sala bilibmiş.
Sonradan, reabilitasiya mərkəzindən çıxandan sonra iləsinə qayıdan Entoni, cəmi beş il yaşayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB