Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti olub. SİA xəbər verir ki, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib. Dünyaşöhrətli müğənni Adrian Sinanın ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB