“Kuş Uçuşu” serialının 3-cü sezonunun da çəkilməsinə qərar verilib

“Kuş Uçuşu” serialının 3-cü sezonunun da çəkilməsinə qərar verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birce Akalay, İbrahim Çelikkol, Burak Yamantürk və Miray Daner kimi məşhur simaları birləşdirən “Ay Yapım” imzalı ekran işinin 2-ci sezon çəkilişləri ötən günlərdə tamamlanıb.

Komanda qısa fasilənin ardından 3-cü sezonun çəkilişlərinə martın 2-ci həftəsində başlayacaq.

Qeyd edək ki, ikinci sezonunu Koray Kerimoğlunun rejissorluq etdiyi serialda Melih Selçuk, Itır Esen, Zafer Ergin, Burak Sergen və Arif Pişkin kimi sənətçilər də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə