Bədənində xanımına aid 20 döymə var

Məşhur xarici sima Bruklin Bekhem xanımın şərəfinə yeni döymə etdirdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə E! News-ə müsahibəsində danışıb. Devid qeyd edib ki, qolunun üstündə Nikola Peltsin nəhəng portreti əks olunub.

“Mənim ona həsr etdiyim 20-yə yaxın döymə var. Düşünürəm ki, onsuz yaşaya bilməyəcəyiniz insanı tapdıqdan sonra hər şey bu qədər sadədir. Mən onu hər şeydən çox sevirəm. Həmişə onu xoşbəxt etməyə çalışıram. Etdiyim tək şey budur”, –Bruklin deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə