Türkiyəli aktrisanın toy tarixi BƏLLİ OLDU

Türkiyəli məşhur aktrisa Eda Ece ailə qurmağa hazırlaşır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa beş ildir birlikdə olduğu basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə quracaq.

Onlar İstanbulda keçiriləcək toyu iyunun 8-nə təyin ediblər.

Zəlzələdən zərər çəkənlər üçün hazırlanan ortaq yayıma makiyajsız qatılması ilə diqqətçəkən sənətçi bundan əvvəl evliliklə bağlı fikirləri ilə gündəmə gəlmişdi. O, “evlilikdən doymuşam, seriallarda doqquz dəfə ailə qurmuşam”, - demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə