Məşhur aktyor Oktay Kaynarcaya qarşı dələduzluq olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor instaqramda izləyicilərini xəbərdar edərək "TikTok"da heç bir hesabı olmadığını bildirib. Zəlzələ qurbanları üçün onun adından istifadə edərək pul toplayan şəxslərin bu addımı aktyoru özündən çıxarıb.
"TikTok"da mənim adıma səhifə açıb ianə toplamaq bəhanəsi ilə insanları aldadan bir şərəfsiz var. Xahiş edirəm belə hesablara və insanlara etibar etməyin. Bu əclaflara qarşı cinayət işi açılıb. Ümid edirəm ki, onları dünya gözü ilə qarşımda görərəm”, - kino ulduzu paylaşımında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB