İbrahim Tatlısəs zəlzələ qurbanlarına belə dəstək oldu

Dilan Çıtak Tatlısəsdən sonra İbrahim Tatlısəs də zəlzələdə evləri dağılan ailələrə Bodrumdakı mənzillərinin qapılarını açıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Məlumatda sənətçilərin zəlzələdən sonra evsiz qalanlar üçün başlatdığı "Evim yuvan olsun” adlı kampaniyaya İbrahim Tatlısəsin də qatıldığı bildirilib. Bodrumdakı 5 mənzilini "Evim yuvan olsun” kampanyası üçün açan məşhur müğənni digər həmkarlarına da səslənərək "Siz də "Evim yuvan olsun” kampanyasına qatılın. İndi yaraları sarımaq zamanıdır. Mən də Bodrumdakı 5 evimi zəlzələdən zərərçəkənlər üçün açdım. İmkanınız varsa, siz də açın".

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 42 min 310 adamın həyatını itirdiyini bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə