Bu arada Larisa Dolina Surquta qastrol səfərinə gedəndə barmağında nişan üzüyü ilə Moskvaya qayıdacağını ağlına belə gətirmirdi, amma...
SİA-nın əldə etdiyi məlumata görə, Surqutdakı konsert zamanı bir kişi xeylağı səhnəyə qaçaraq sənətçiyə evlilik təklifi edib.
Niyyətinin ciddiliyinin sübutu olaraq, boz saçlı bəy pop ulduzuna brilyant zinət əşyası hədiyyə edib.
Qeyd edək ki, Larisa hədiyyəni yüksək qiymətləndirib.
“Üzükdəki daş çox böyük deyil, lakin gözəldir”- o deyib. Maraqlıdır ki, Larisanın pərəstişkarları ona üzük verənin kimliyi ilə maraqlanmağa başlayıblar.
O da maraqlıdır ki, müğənni üzük verənin həyat yoldaşı olmağa razı olacaqmı?
Qeyd edək ki, bir müddət əvvəl bundan əvvəl Larisa hələ ki, evlənməyi planlaşdırmadığını demişdi.
Onun etirafına görə, görüşlərə getməyə vaxtı yoxdur. Yəni onun çox işi var. 67 yaşlı Larisa Dolina gənc həmkarları ilə fəal əməkdaşlıq edir və tezliklə pərəstişkarlarını yeni duetlərlə sevindirəcəyini vəd edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB