Şəxsi məktubları 161 min funt-sterlinqə hərraca çıxarılıb

Şahzadə Diananın yazdığı şəxsi məktublar 161 min funt-sterlinqə hərraca çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Şahzadənin şəxsi yazışmaları” adı altında satılan 32 məktubun hər biri ayrıca alıcısına verilib.

Kolleksiyaçıların əlinə keçən yazışmalar Uels şahzadəsi tərəfindən dostları Susie və Tariq Kassem ilə hazırkı Kral III Çarlzdan boşanmadan üç il əvvəl başlayan dövrdə həyata keçirilib. Bütün məktublar Ledi Diananın Kensinqton sarayındakı ofisində yazılıb.

Ən bahalısı şahzadənin 1996-cı ilin sonunda dostu Syuziyə yazdığı məktub olub ki, o, Milad bayramı üçün göndərdiyi güllərə görə təşəkkür edir və bu bayramı sevmədiyini etiraf edir.

Xatırladaq ki, Şahzadə Diana 1997-ci ilin avqustunda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə