Riçard Gir Meksikada xəstəxanaya yerləşdirilib

Aktyor Riçard Gere pnevmoniya diaqnozu ilə Meksikada xəstəxanaya yerləşdirilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir gecə xəstəxanada qalan amerikalı aktyor, bundan sonra səhəri gün evə buraxılıb.

Jurnalistlər aktyorun bütün ailəsinin bir neçə həftəlik Meksikada tətil zamanı xəstə olduğunu öyrəniblər.

Bildirilib ki, Gir kəskin öskürək keçirib, bundan sonra xəstəxanaya müraciət edib. Orada ona pnevmoniya diaqnozu qoyulub və antibiotiklər təyin edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə