Amerikalı aktrisa Raquel Uelç 83 yaşında vəfat edib. SİA “Reuters”ə istinadən xəbər verir ki, bu haqda mərhumun meneceri məlumat yayıb.

Qeyd edək ki, aktrisa 1966-cı ildə lentə alınan “Fantastik Səyahət” və “Eramızdan bir milyon il əvvəl" filmlərindəki rolları sayəsində geniş populyarlıq qazanıb.

1974-cü ildə “Üç muşketyor” filmindəki Konstans Bonasie roluna görə komediya və ya musiqili filmdə ən yaxşı aktrisa üçün “Qızıl Qlobus” mükafatını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə