Demet Akalın 4 evini zəlzələdən zərərçəkənlərə verəcək - FOTO
Məşhur müğənni Demet Akalın zəlzələdə zərərçəkən ailələrə müvəqqəti yaşamaları üçün ev verə biləcəyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə sənətçi öz "Tviter" hesabında məlumat verib. O paylaşımında bildirib ki, İstanbulun Pendik rayonundakı 4 evini zərərgörənlərin üzünə açacaq: “Pendikdə dörd mənzilimiz var. Zəlzələdən zərərçəkənlərə hazırlayacağıq. Bu müddət ərzində evlərimizi hazırlamaq üçün əşyalara ehtiyacımız var. Əsas kombidir... Kömək etmək istəyənlərin əlaqə saxlamasını istəyirik”.
Onun tvitinə çoxsaylı şərhlər yazılıb. Belə ki, izləyiciləri əşyalar verə biləcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB