Rusiyanın xalq artisti Liya Axedjakovanın “Sovremennik”in repertuarından çıxarılması teatrın qərarıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini, rus və sovet aktrisası Yelena Drapeko bildirib.
Qeyd edək ki, Rusiyanın xalq artistinin “Sovremennik” Teatrının repertuarından çıxarılması fevralın 8-də məlum olub. 50 il teatrda çalışan Axedjakovanın iştirakı ilə “Cin oyunu” adlı sonuncu tamaşa da qurumun repertuarından çıxarılıb.
Belə ki, “Sovremennik”in rejissoru Yuri Kravets tamaşanın çəkilişləri barədə də aktrisaya məlumat verib.
Yeri gəlmişkən, aktyor və rejissor Aleksandr Moloçnikov, aktrisalar Alena Xmelnitskaya, Mariya Mironova Axedjakovanın “Sovremennik”in repertuarından çıxarılmasını pisləyiblər.
Onu da qeyd edək ki, hələ 2022-ci ilin oktyabrında “Sovremennik”in Axedjakovanın iştirakı ilə “Birinci çörək” tamaşasının nümayişi repertuardan çıxarılmışdı.
Daha sonra Sankt-Peterburqda aktrisanın iştirakı ilə daha bir tamaşa olan “Mənim nəvəm Benjamin” tamaşası da ləğv repertuardan çıxarıldı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB