Niderlandda yaşayan türk müğənni Karsu Dönmez ümumilikdə 10 yaxınını zəlzələdə itirdiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sənətçi Mesut Yarın verilişinə danışıb.
“Aliyə bibimi, uşaqlarını nəvələrini, onun qızı Tuna bacımı, həyat yoldaşını və oğlunu, bibimin digər qızı Aytül bacımı, onun həyat yoldaşını və 3 qızını, bir də Meral xalamı itirdik. 89 yaşındakı nənəm və əmim isə xilas edildilər. Danışmağıma ehtiyac yoxdur. Kənddən bibim zəng etdi, dedi ən çox pul və tualetə ehtiyac var. “Nə olar bizi unutma” - deyə, Karsu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB