Mahsun Kırmızıgülün təxirə salınan Bakı konsertinin zamanı bəlli olub

Türk müğənni Mahsun Kırmızıgülün təxirə salının Bakı konsertinin zamanı bəlli olub. SİA xəbər verir ki, bu barədə Kırmızıgülün qardaşı Yusuf Kırmızıgül və konsertin təşkilatçısı Eyyub Hüseynzadə məlumat verib. Bildirilib ki, Türkiyədəki dəhşət zəlzələ və matəm səbəbi ilə konsertin tarixi 12 fevraldan 12 marta dəyişdirilib.

Qeyd edək ki, 17 il sonra ilk dəfə ölkəmizə təşrif buyurmalı olan sənətçinin konserti Bakı Konqres Mərkəzində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə