“Qadın heç nəyə məcbur deyil, cahil düşüncələrinizi bizə sırımayın” - MƏŞHUR BLOGER

Bloger Günel Rəhimova (gunnerahim) Əməkdar artist Elnarə Abdullayevanın xəyanətlə bağlı çıxışını tənqid edib. SİA xəbər verir ki, bu barədə o, “İnstaqram”da paylaşım edib.

Günel xanəndənin “Kişi gəzib gələndə qadın mehriban olmalıdır” fikrinə qarşı çıxıb:

“Ölkəmizdəki savadsızlıq fəlakəti isə bizi yıxır. Niyə hər efirə çıxan filosof olur? Əxlaq tərbiyəsi keçir? Bilib bilmədən boş-boş danışır? Qadın heç nəyə məcbur deyil, cahil düşüncələrinizi bizə sırımayın. Boş-boş danışmaqdansa, bir az maariflənin, dil öyrənin, biliyinizi artırın. Özünüzə hörmət edin, heç kimdən asılı olmayın, güclü olmaq dözmək deyil. Öz gücünə inanmaqdı, inkişaf etməkdi, seçim edə bilməkdi”.

Xatırladaq ki, Əməkdar artist “Düzünə qalsa” verilişində “Qadın nə etməlidir ki, kişi ona xəyanət etməsin? Qadın o qədər səmimi, mehriban olacaq ki! Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq və kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz”, - deyə, bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə