Ebru Gündeş ayrıldığı sevgilisi ilə yenidən barışıb - FOTO

Məşhur müğənni Ebru Gündeş ayrıldığı irqalı sevgilisi ilə yenidən barışıb. SİA xəbər verir ki, keçmiş cütlük Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində görüntülənib. Onlar restoranlardan birində kameralara tuş gəliblər.

Bu barədə məlumatı jurnalist Mehmet Üstündağ yayıb. 49 yaşlı İfaçı özündən 22 yaş kiçik Rassan Xoşnavla münasibətini gözlərdən uzaqda yaşamağa üstünlük verir.

Xatırladaq ki, Rassan Xoşnavın 1.8 milyon dollarlıq (təxminən 3 milyon 60 min AZN) bahalı üzüklə evlilik təklifi etdiyi Ebrudan oktyabrda ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə