Hollivud ulduzuna rəsmi ittiham irəli sürülüb

Hollivud ulduzuna rəsmi ittiham irəli sürülüb

Hollivud ulduzu Alek Bolduinə qarşı “Rust” (“Pas”) filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsin qəsdən öldürülməsi ilə bağlı Nyu-Meksiko Ştat Prokurorluğu tərəfindən rəsmi ittiham irəli sürülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun nümayəndələri məlumat veriblər.

Prokuror bildirib ki, Bolduinin mərhumun ailəsi ilə razılaşması işin gedişinə təsir etmir.

Onun sözlərinə görə, silahlara cavabdeh olan Hanna Quterez-Redə qarşı da oxşar ittihamlar irəli sürülüb. Qeyd olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə